Fransada Azərbaycan musiqisi tədris olunacaqnın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha” musiqi məktəbinin açılışı olub.
Busaat.az bildirir ki, məktəbin açılışında Fransada Azərbaycan musiqisi tədris olunacaqda “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Roth və digər şəxslər iştirak ediblər.
Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi məktəbdə xarici və yerli bəstəkarların da musiqiləri tədris olunacaq. Məktəbdə piano və vokal musiqi dərsləri keçiriləcək.
Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfində oxuyub. Azərbaycanlı musiqiçi 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub.
Yerli xor qruplarına dirijorluq edən İ.Ahui Kolmardakı “Yamaha” musiqi məktəbində dərs deyib. Beləliklə, uzun və zəngin musiqi karyerasına malik olan azərbaycanlı musiqiçi özünün məktəbini təsis etmək qərarına gəlib.