Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 958 $▲1.32%
  • Ethereum1 818 $▲2.78%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Fransada dini radikalizm davam edir: Şagirdin Quran kitabı cırıldı

image-fransa-ccif-islamofobi-raporu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Caen şəhərindəki Jean Rostand Liseyində təhsil alan adı açıqlanmayan müsəlman şagird otağına qayıdanda oxuduğu Qurani-Kərimin cırıldığını və çadrasının zibil qutusuna atıldığını görüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Fransanın FranceInfo xəbər portalı yayıb.

Şagird qarşılaşdığı mənzərəni məktəb rəhbərliyinə çatdırıb. Hadisə ilə bağlı açıqlama verən lisey direktoru Sebastien Duval-Rocher, şagirdin inancına edilən bu hücumdan şoka düşdüyünü, lakin özünə qarşı heç bir hücum olmadığını bildirib.

“Mən və həmkarlarım baş verənlərdən şoka düşdük. Biz müxtəlif inanclara açıq olan və aramızda olan bütün inancları qəbul edən tolerant bir məktəbik” – deyə, direktor qeyd edib.

Direktor həmçinin tələbələrə və müəllimlərə elektron poçt mesajı göndərərək, bu hücumu qəbuledilməz adlandırıb.

 

Orta məktəbdə şagirdlərə tolerantlıq haqqında əlavə dərslər tədris olunacaq 

Digər tərəfdən, islamofob hücumun hədəfi olan şagird və ailəsi gərginlikdən qaçmaq üçün şikayət etməsələr də, prokurorluq məktəb rəhbərliyi vasitəsilə hadisəni nəzarətə götürüb.

Hücum edənin kim olduğu barədə hələlik heç bir məlumat olmasa da, məktəb rəhbərliyi hücumu lisey daxilindən kiminsə törətdiyinə eyham vurub.

Rəhbərlik bildirib ki, gələn həftə məktəbdə bu hadisə ilə bağlı şagirdlərlə tolerantlıq məsələsini müzakirə edəcəklər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87788