
Fransada enerji sektoru işçiləri elektrik enerjisi istehsalını məhdudlaşdırıb
Fransada enerji sektoru işçiləri elektrik enerjisi istehsalını azaldıblar.
Busaat.az Le Parisien-ə istinadən xəbər verir ki, ölkənin əsas enerji təminatçısı olan EDF şirkətinin işçiləri Isere, Seine-Maritime, Drome, English Channel və Gravelines nüvə stansiyalarında, eləcə də Martigues Thermal Power-da tətil etmək qərarına gəliblər.
İşçilər dünən gecədən etibarən elektrik enerjisi istehsalını 3000 meqavatdan çox azaldıblar.
Bundan başqa , başda Ümumi İşçilər Həmkarlar İttifaqı (CGT) olmaqla, ölkə daxilində yüz minlərlə insanın iştirakı ilə kütləvi etiraz aksiyaları başlayıb.
Qeyd edək ki, nümayişlər paytaxt Paris Lill, Renn, Marsel, Beziers, Montpellier, Saintes və Perpignan şəhərləri də daxil olmaqla 100-dən çox yerdə keçiriləcək.
Busaat.az























