
Fransada enerji xaosu: Qəzetlər səhifələrini “işığı söndür” kompaniyasına həsr edib
Fransanın Ticarət və Sənaye Palatası (TSP) ölkədə yaşanan enerji böhranı ilə əlaqədar əhalini qəzetlər vasitəsi ilə elektrik enerjisinə qənaət etməyə çağırıb.
Busaat.az xəbər verir ki, Fransanın məşhur mətbuat orqanlarından Les Echos, Le Parisie və digər çox sayda qəzet böyük bir fonda “aydınlıq ölkəsində işığın söndürülməsini də bilirik” şüarı ilə qənaət kompaniyası üçün hazırlanmış posterləri nəşr edib.
Qeyd edək ki, TSP loqolu mavi fonlu afişanın solunda böyük hərflərlə “enerjiyə qənaət sahəsində bütün maraqlı tərəflər” yazısı, sağ tərəfdə isə, “bərabər hərəkət etməli, firma sahibləri, sahibkarlar şirkətinizdə enerjiyə qənaət üçün hərəkətə keçin” ifadəsi yer alıb. Afişanın altında isə, TSP-nin internet saytına yer verilərək əlaqəyə keçilməsi tövsiyə edilib.
Fransa yayın ortalarından etibarən Rusiyadan gələn təbii qazın kəsilməsi və nüvə reaktorlarının bəzilərinin təmirdə olması səbəbi ilə enerji böhranı yaşayır. Bundan əlavə, sərt qış zamanı Fransada iş yerlərində olduğu kimi ev təsərrüfatlarında da gündəlik elektrik enerjisinin kəsilməsi ehtimal edilir.
Ölkə mətbuatı və rəsmilərin açıqlamaları arasında enerjiyə qənaət üst sıralarda yer almağa başlayıb.
Busaat.az























