
Fransada miqrant düşərgəsində YANĞIN - 150 miqrant təxliyyə edildi
Fransanın İle-de-Frans bölgəsində yerləşən Fren şəhərində qeyri-qanuni miqrantların qaldığı düşərgədə yanğın baş verib.
Busaat.az Fransanın BFMTV telekanalına istinadən xəbər verir ki, qaçqın düşərgəsində baş verən yanğınla əlaqədar 150 qeyri-qanuni miqrant təxliyyə edilib.
Əraziyə gələn 100-ə yaxın xilasedicinin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Busaat.az























