
Fransada mübahisəli pensiya islahatı Senatda təsdiqləndi
Yanvarın 10-da məzmunu açıqlanandan bəri Fransada kütləvi tətillər və etirazlara səbəb olan mübahisəli pensiya islahatı Senatda qəbul edilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsinin yekun mətni ikinci dəfə Senatda müzakirəyə çıxarılıb.
Pensiya islahatları haqqında qanun layihəsi Senatda 193 leyhinə 114 əleyhinə səslə qəbul edilib. 38 senator bitərəf qalıb.
Qanun layihəsi parlamentin digər qanadı olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Fransanın baş naziri Elisabeth Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb.
Baş nazir pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını bildirib.
Qeyd edək ki, yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir.
Busaat.az























