Fransada nümayişlər zamanı polislə etirazçılar arasında toqquşma baş verib – FOTOLAR

image-fransa-strike-reu-2020613_2backend

Fransada nümayişlər zamanı polislə etirazçılar arasında toqquşma baş verib.

Busaat.az xəbər verir ki, hökumətin parlamentdə səs verməyə çıxarmadan birbaşa qəbul etdiyi qalmaqallı pensiya islahatına qarşı ölkədə nümayişlər davam edir.

Fransada enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar.

Parisdəki Respublika meydanından Millət meydanına doğru hərəkət edən nümayişçilər velosipedləri, skuterləri və zibil qutularını yandırıblar.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.

Rəsmi mənbələr ölkədə başlayan nümayişlərə 93 mini Parisdə olmaqla 740 min adamın qatıldığını açıqlayıb.

Ümumi İşçilər İttifaqı isə nümayişlərə Parisdə 450 min, Fransa üzrə isə 2 milyondan çox adamın qatıldığını bildirib.

Həmkarlar ittifaqları pensiya islahatlarına qarşı aprelin 6-da 11-ci ümummilli kütləvi tətil və nümayiş keçirməyə çağırıblar.

Qeyd edək ki, Fransada martın 16-da başlayan nümayişlərə səbəb hökumətin pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılması olub.

Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.

Busaat.az

Foto: ReutersFoto: Reuters

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki