
Fransada vegetarian məhsullarda ətli yemək adlarından istifadə edilməyəcək
Busaat.az xəbər verir ki, Fransada hökumət bitki mənşəli məhsullar üçün ətli qida adlarının istifadəsini qadağan edən qanunu yeniləyib.
Buna görə biftek, kolbasa və vetçina kimi 21 protein əsaslı məhsulu izah edən adlar bitki mənşəli qidalarda istifadə olunmayacaq.
Fransa Kənd Təsərrüfatı Nazirliyi 21 terminin yalnız zülal tərkibli qidalarda istifadə edilməli olduğunu, bu adların bitki mənşəli qidalarda istifadə ediləcəyi təqdirdə istehlakçıları çaşdıracağını vurğulayıb.
Bu qanuna görə, vegetarian və ya vegan qidalarında “veggie-kolbasa”, “vegetarian biftek” və “veggie veggie” kimi adlar istifadə edilə bilməz.
Fransanın Kənd Təsərrüfatı və Ərzaq Suverenliyi Naziri Mark Fesneau bu adların istehlakçıları çaşdırdığını bildirib. Həmçinin, bu qanunun “istehlakçıların və istehsalçıların gözləntilərinə cavab verən şəffaflıq və dürüstlük məsələsi” olduğunu vurğulayıb.























