Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 540 $▼2.47%
  • Ethereum1 876 $▼2.67%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Fransada yanğının yayılmasında insanlar günahlandırılır

image-fransada-yangin
Fransada yanğın
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın cənubundakı 4 min əhalisi olan Saint-Andre şəhərinin meri Samuel Moli xalqı məhkəməyə verməyə hazırlaşdığını açıqlayıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb avqustun 14-də şəhərdə başlayan yanğındır.

Yerli radioya danışan Moli bildirib ki, 500 hektar ərazini məhv edən yanğından bir ay əvvəl əhaliyə evlərinin ətrafındakı kolları təmizləmək barədə xəbərdarlıq edib.

Evlərinin ətrafındakı kolları təmizləməklə şəhər əhalisinin məsuliyyət daşıdığını bildirən mer bu vəzifələri yerinə yetirmədikləri üçün şəhər əhalisinin yanğına görə məsuliyyət daşıdığını söyləyib.

“Mən bu öhdəliyi yerinə yetirməyən başqalarının həyatını təhlükəyə atdıqları üçün Saint-Andre sakinlərinə qarşı cinayət işi açacağam” ,- o deyib.

Fevral ayında şəhər sakinlərinə öz məsul olduqları ərazilərdəki kolları təmizləmək üçün xəbərdarlıq göndərdiyini deyən Moli  kolların təmizlənəcəyi təqdirdə yanğının genişlənmə riskinin olmayacağını bildirib.

Həddindən artıq quru bir dövrdə olduqlarını və yanğın təhlükəsi ilə bağlı məlumatlandırıldıqlarını vurğulayan mer aprel ayında yenidən xəbərdarlıq etdiyini, ancaq insanların bəzilərinin bu xəbərdarlıqları nəzərə aldığını vurğulayıb.

Ölkənin nizamnaməsinə görə, kolları təmizləməyən və başqalarının əmlakına ziyan vuran yanğını yayan şəxs 1 ilə qədər həbs və 15 min avro məbləğində cərimələnə bilər.

Fransanın cənubundakı Orta Pireney adalarının Sen-Andre şəhərində baş verən yanğında 500 hektar meşə sahəsi zərər görüb.

Dörd düşərgəyə ziyan vuran və təhlükəsizlik baxımından 3000 adamın təxliyəsinə səbəb olan yanğın sıx müdaxilələrdən sonra nəzarət altına alınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118402