
Fransadakı etirazlardan sonra asayiş bərpa olunub - Makron
Fransa prezidenti Emmanuel Makron ölkədə yeniyetmənin polis zabiti tərəfindən öldürülməsi ilə bağlı başlayan etirazlardan sonra vəziyyətin sabitləşdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Asayiş bərpa olunub”, – telekanal Makronun sözlərindən sitat gətirib.
Məlumata görə, artıq bir neçə gecədir ki, Fransa şəhərlərinin küçələrində vəziyyət sakitdir.
Busaat.az























