
Fransadan Ermənistana silah tədarükünü sürətləndirməyi tələb edirəm - Jerar Larşe
Fransanın Ermənistana müdafiə silahları verməsi vacib məsələdir.
Busaat.az xəbər verir ki, bu sözləri Fransa Senatının sədri Jerar Larşe deyib.
Larşe Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ilə görüşdən sonra Twitter-də yazıb: “Mən Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını və təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının tədarükünü sürətləndirməyi tələb edirəm”.
Busaat.az























