
Fransadan Putinin Türkiyə təklifinə CAVAB
Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə təbii qaz mərkəzi qurmaq barədə sözlərinə Fransa Prezidenti Emmanuel Makron cavab verib.
Busaat.az xəbər verir ki, bu barədə Fransa hökümətindən açıqlama verilib.
Açıqlamaya görə, Makron bu qərara qarşı çıxıb və belə bir addımı mənasız adlandırıb: “Rus qazını idxal etmək üçün yeni mərkəzlər yaratmaq mənasızdır. Putinin rus qazının Avropaya nəqli üçün Türkiyədə yeni mərkəz açmaq niyyəti rus qazına olan asılılıqdan qurtulmaq istəyən avropalılara ciddi nəsə ifadə etmir. Bizim hədəfimiz fərqli çıxış yolları tapmaqdır”.
Busaat.az























