
Fransanı Afrikada müstəmləkəçi yanaşmadan çəkinməyə çağırırıq – Rusiya
Rusiya Fransanı Afrikada həyata keçirdiyi siysi addımlar zamanı müstəmləkəçi yanaşmadan çəkinməyə çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada Fransanın Moskvadakı səfiri Pyer Levinin nazirliyə çağırıldığı bildirilib.
Fransanın Xarici İşlər Naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə Rus Evinə hücumla bağlı açıqlamalarına görə səfirə etiraz notası verildiyi qeyd edilib: “Rusiyaya qarşı təbliğat aparılması, bölgədəki rus qüvvələrinin mülki əhaliyə qarşı zorakılıq tətbiq etməsi ilə bağlı ittihamların qəbuledilməz olduğunu vurğuladıq. Bu bəyanatlar yaxşı səslənmir. Biz Fransa rəhbərliyini müstəmləkəçi yanaşmadan çəkinməyə çağırırıq”.
Qeyd edək ki, dekabrın 16-da Mərkəzi Afrika Respublikasında mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən “Rus Evi”nə bağlama göndərilib. Bir müddət sonra həmin bağlamanın partladığı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi hücumu pisləyib və Mərkəzi Afrika Respublikasının səlahiyyətli orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində hücumun təşkili və həyata keçirilməsində məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb edib.
Busaat.az























