Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Fransanın baş naziri etirazlar səbəbindən pensiya islahatları vəd etdi

image-16527208222829735571_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa hökuməti vətəndaşların kütləvi etirazlarına səbəbindən hökumətin 2023-cü ildə həyata keçirməyi planlaşdırdığı pensiya islahatlarının zəruriliyinə diqqət çəkərək bu barədə vətəndaşlara söz verib.

Busaat.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Elizabet Born bildirib.

“Daha çox işləmək gələcək təqaüdçülərə daha yüksək pensiya almağa imkan verəcək. 2030-cu ilə qədər sistemimiz maliyyə baxımından tarazlaşdırılacaq” – deyə, Born qeyd edib.

Eyni zamanda, baş nazir ölkədə pensiya islahatına qarşı kütləvi tətillər hazırlayan həmkarlar ittifaqlarını fransızları “cəzalandırmamağa” çağırıb.

Qeyd edək ki, çərşənbə axşamı Born hökumətin 2023-cü ildə keçirməyi planlaşdırdığı mübahisəli pensiya islahatının layihəsini təqdim edib. Onun sözlərinə görə, Fransa hakimiyyəti 2023-cü il sentyabrın 1-dən ölkənin pensiya yaşını ildə üç ay artırmağa başlayacaq. Beləliklə, pensiya yaşı 64-ə çatacaq.

Bundan sonra Fransanın bütün səkkiz aparıcı həmkarlar ittifaqı yanvarın 19-da pensiya islahatlarına qarşı böyük milli etiraz elan edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96896