Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 261 $▲0.24%
  • Ethereum1 786 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Fransanın ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edildi

image-aes
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın əsas enerji təminatçısı olan EDF-dən verilən açıqlamada, 2022-ci ilin dekabrında edilən ölçmələrdə, Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında yüksək səviyyədə tritium sızması müşahidə edildiyi bildirilib.

Busaat.az xəbər verir ki, açıqlamada, ilk ölçmələrdə reaktorlardan birində yüksək nisbətdə radioaktiv sızma aşkar edildiyi, sonrakı ölçmələrdə yüksək olmasa da əhəmiyyətli radioaktiv tapıntıların aşkar edildiyi bildirilib.

Buna baxmayaraq, bu sızmanın nəticələrinin təhlükəli olmadığı bildirilib və radioaktiv sızmanın yeraltı sulara, o cümlədən içməli sulara qarışma ehtimalının olmadığı qeyd edilib.

Açıqlamada bildirilib ki, yanvarın 6-na olan məlumata görə, radioaktiv sızma səviyyəsi təhlükə həddindən aşağı düşüb.

EDF bu yaxınlarda texniki xidmətə etinasızlıq göstərdiyinə görə 3 000 avro cərimə olunub.

Qeyd edək ki, 2022-ci ilin avqustunda reaktorda yanğın baş verən bu ölkənin ən qədim atom elektrik stansiyasında indiyədək ümumilikdə 5 radioaktiv sızma aşkar edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100502