Fransanın Ermənistanda hərbi attaşe təyinatı: “Sülhün əldə edilməməsi üçün atılan addımdır”

image-fransabackend

Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumatda bildirilib ki, bu addım ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda faktiki olaraq rəsmiləşdirilir. Yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. 1990-cı ildən NATO ölkələri Qafqaz regionuna silah satışını qadağan etmişdi. BMT münaqişə edən ölkələrə silah satılmasını qadağan etdiyi halda Fransa indiki vəziyyətdə nə üçün belə addım atır? 

Mövzu ilə bağlı siyasi ekspert Gülsel Səfərovanın  Busaat.az-a açıqlamasını sizə təqdim edirik:

image-e6c5ca01-7bc5-4508-9eaf-9994430f48db

“Fransanın Ermənistanda yeni hərbi attaşe təyin edib onu rəsmiləşdirməsi təbii ki, Fransa-Azərbaycan münasibətlərinə növbəti zərbədir. Ermənistan-Fransa münasibətləri yüksələn xətt üzrə davam etsə də, Azərbaycan-Fransa münasibətlərinə əks-təsir görünür. Ona görə yox ki, illərdir Ermənistan bizə təcavüzkar münasibət göstərir.  Bunun səbəbi Fransanın regiona qeyri-obyektiv münasibətidir.  Bildiyimizi kimi Azərbaycan torpaqları 30 il erməni işğalı altında olub.  Bunun Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu da etiraf edibdir. Belə olan bir halda Fransanın Ermənistanda hərbi attaşe vəzifəsini rəsmiləşdirməsi həm də ümumi Qafqaz regionunda sülhün əldə edilməməsi üçün atılan addımdır.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalamanmasına hazırlıq gedir. Brüssel görüşləri də bunu göstərir ki, bu mənada müəyyən addımlar atılır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir məqamda Fransanın hərbi attaşe təyin etməsi ilə bağlı qərar o deməkdir ki, Fransa bölgədə sülh istəmir. Azərbaycan isə öz növbəsində bütün addımları atacaqdır. Məsələ Fransaya qarşı deyil. Söhbət Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın atacağı addımlardan gedir. Dövlətimiz üçün əsas məsələ Qarabağ və ərtaf rayonların yenidən abadlaşdırılması, dirçəldilməsi və eyni zamanda da iki ölkə arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasıdır. Həmçinin Zəngəzur dəhlizinin açılması da aktualdır. Bu da Qərb-Şərq istiqamətində bütün layihələrin bir mərkəzinə çevriləcəkdir. Ona görə də atdığı bütün addımlar müsbətdir. Bu addımlar yalnız regionun quruculuğuna söykənir. Fransa və Fransa kimi digər ölkələrin hər hansısa addım atması bizi öz missiyamızdan geri çəkmir. Bundan sonra da onlar belə qeyri-obyektiv fəaliyyətlərlə məşğul ola bilərlər. Amma reallıq olduğu kimi qalacaq”.

BMT və digər təsisatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın sülh quruculuğunda da dövlətimizin yanındadırlar. Düşünürəm ki, bu tip qərarlar yalnız Fransa-Azərbaycan münasibətlərinə xələl gətirəcəkdir. Azərbaycanın bu regionda atdığı qətiyyətli addımlarına heç bir təsir göstərməyəcək”, – politoloq əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki