Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 092 $▼6.06%
  • Ethereum1 770 $▼8.17%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Fransız jurnalist Ukraynada vəfat etdi

image-7aeceee6-46f8-477c-9010-1ec93f0c2571_w1200_r1-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Agence France-Presse (AFP) üçün çalışan 32 yaşlı fransız jurnalist Arman Soldin Ukraynanın Baxmut şəhəri yaxınlığında Rusiyanın raket hücumu nəticəsində həlak olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Baxmutdan təxminən 10 km aralıda, Çasiv Yar qəsəbəsində ukraynalı əsgərlərlə qaldığı yerin yaxınlığında fransız Soldinin üzərinə “Qrad” raketi düşüb.

“Bütün agentlik Armanın itkisi ilə dərindən sarsıldı. Onun ölümü Ukraynadakı münaqişəni işıqlandıran jurnalistlərin hər gün üzləşdiyi risklər və təhlükələr haqqında dəhşətli bir xatırlatmadır”, – AFP rəhbəri Fabrice Fries bildirib.

Soldin 24 fevral 2022-ci ildə Rusiyanın işğalından sonra Ukraynaya göndərilən ilk AFP komandasında idi və sentyabr ayından Ukraynada yaşayır.

Soldinin ölümü ilə bağlı AFP-nin qlobal xəbər direktoru Fil Çetvind deyib: “Armanın heyrətamiz işi AFP-nin Ukraynadakı fəaliyyəti ilə qürur duyduğumuz hər şeyi ümumiləşdirir. Onun ölümü bu müharibəni xəbər vermənin riskləri və təhlükələri haqqında dəhşətli bir xatırlatmadır. Bu gecə düşüncələrimiz onun ailəsi, dostları və Ukraynadakı bütün işçilərimizlə birlikdədir”.

Sərhədsiz Reportyorlar təşkilatının məlumatına görə, indiyədək Ukraynadakı müharibəni işıqlandıran azı 11 jurnalist, eləcə də jurnalistlərin bağlı olduğu qurumların sürücüləri ölüb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109212