Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.00 $▼2.67%
  • WTI neft83.98 $▼0.90%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.258 $▲3.04%
  • Qızıl3 779 $▼0.21%
  • Gümüş45.46 $▼0.77%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin63 967 $▼1.40%
  • Ethereum1 794 $▼1.57%
  • S&P 5007 363▲0.30%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Fukusima” AES söküləcək

image-fukushima
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiyada 2011-ci ildə baş verən zəlzələ və sunamidən zərər görərək qəzaya uğrayan “Fukusima – 1” nüvə stansiyası söküləcək.

Busaat.az xəbər verir ki, Nüvə Tənzimləmə Təşkilatı (NRA) stansiyanı işlədən Tokyo Elektrik Enerjisi (TEPCO) firmasının reaktorların sökülməsi planını təsdiqləyib.

Ötən ilin may ayında təqdim olunan plana görə, Fukusima əyalətindəki stansiyadakı 4 reaktorun istismardan çıxarılması 44 il, istifadə edilmiş yanacaq hovuzlarında təxminən 10 min nüvə çubuğunun ayrılması 22 ildən çox vaxt aparacaq.

Operator şirkəti olan TEPCO, bəzi yanacaqların metal qablarda saxlanılacağı tullantı anbarı yaradacaq.

Plana görə, sökülmə prosesi 50 min ton radioaktiv tullantının meydana gəlməsinə səbəb olacaq.

Nüvə tullantılarının boşaldılması xaricində ümumi xərclərin 2,5 milyard dolları keçəcəyi təxmin edilir.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş verən zəlzələdən və ardınca gələn sunamidən sonra “Fukusima-1” Atom Elektrik Stansiyasında partlayış olub. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu sürətlə artıb. Radiasiyanın səviyyəsi 20 dəfədən çox yüksəlib. Ətraf ərazilərdən bir neçə min adam evakuasiya olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=45594