
G20 sammitində açıqlama verəcəyik - Rusiyadan Türkiyəyə ŞAD XƏBƏR
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gələn həftə keçiriləcək G20 Liderlər Sammitində Türkiyə ilə qaz əməkdaşlığının inkişafı, taxıl və gübrə təchizatının təşkili ilə bağlı bir sıra xüsusi təşəbbüslərin elan edilməsinin planlaşdırıldığını açıqlayıb.
Busaat.az xəbər verir ki, Mariya Zaxarova Rusiyanın İndoneziyada keçiriləcək G20 Liderlər Sammitində iştirakı ilə bağlı açıqlamalar verib.
Zaxarova Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyini və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun başçılıq etdiyi heyətin Rusiyanı təmsil edəcəyini bildirib.
“G20-də dialoq mədəniyyətini canlandırmaq üçün diplomatik vasitələrdən istifadəyə önəm verilməli olduğunu düşünürük. Hazırki şəraitdə və gələcəkdə məhsuldar işə qayıtmaq üçün ilkin şərtlərin yaradılmasını nıəzərdə tuturuq. Biz həmfikir olan BRİKS ölkələrinin (Brazilihaya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) və digər inkişaf etməkdə olan ölkələrin dəstəyi ilə inkişafa hər cür töhfə verə bilərik” –deyə, Zaxarova qeyd edib.
G20-nin məhsuldarlığının azaldığını bildirən Zaxarova bu vəziyyətdən Avropa İttifaqı (Aİ) və ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb. “Bütün bu çətinliklər ABŞ və Aİ-nin böyük yanlış iqtisadi hesablamalarının nəticəsidir. Buna baxmayaraq onlar dayaz, eqoist və şəxsi maraqlarını güdürlər. Biz təşkilatın kiminsə maraqları naminə sünii şəkildə siyasiləşdirmək cəhdlərinin qarşısını almaq üçün G20-nin çoxşaxəli iqtisadi forum statusunu gücləndirməkdə qərarlıyıq” – deyə, Zaxarova əlavə edib.
G20 sammitində Rusiya nümayəndə heyətinin planlarından danışan Zaxarova Rusiya ilə Türkiyə arasında təbii qaz və taxıl müqavilələrinin inkişaf etdirilməsi məqsədinin həyata keçiriləcəyini bildirib: “Rusiya kommersiya və humanitar əsasda xarici bazarlara ərzaq məhsulları və enerji resuslarının etibarlı təchizatçısı olmağa hazır olduğunu təsdiq edəcək, lakin hər cür qiymət və digər xarici təzyiq təşəbbüslərini rədd edəcək. Bu konteksdə Türkiyə ilə qaz əməkdaşlığı, taxıl və gübrə tədarükünün təşkili və bir sıra xüsusi təşəbbüslərin elan edilməsi planlaşdırılır”.
Busaat.az























