G7 2023-cü ildə Ukraynaya 32 milyard dollar ayıracaq

image-g7backend

Yeddilik Qrupu (G7) ölkələri gələn il Ukraynaya 32 milyard dollara qədər maliyyə və iqtisadi dəstək verəcək.

Busaat.az xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatda bildiriblər.

Bəyanatda deyilir ki, G7-nin 32 milyard dollarlıq vədinə Avropa İttifaqından təmin edilən 19 milyard dollar da daxildir.

ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Britaniya nazirlərinin sözlərinə görə, hazırda tam məbləğ ödənilib və ya Ukraynaya ödənilmək mərhələsindədir.

Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynaya dəstəyin G7-nin prioriteti olaraq qaldığını bildirib.
Bu il G7-yə sədrlik edən Almaniya 2023-cü il üçün səlahiyyətləri Yaponiyaya təhvil verəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90