
G7 xarici işlər nazirləri Rusiyanı dezinformasiyadan istifadə etməkdə ittiham edəcəklər - NHK
G7 xarici işlər nazirləri Yaponiyanın Karuizava şəhərində keçiriləcək görüşdən sonra birgə bəyanatda Rusiyanı Ukraynadakı hərəkətlərinə beynəlxalq dəstək qazanmaq üçün dezinformasiyadan istifadə etməklə ittiham etmək niyyətindədirlər.
Busaat.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Televiziyanın əldə etdiyi bəyanat layihəsinə görə, G7 xarici işlər nazirliklərinin rəhbərləri Rusiyanın Ukraynadakı hərəkətlərini yenidən sərt şəkildə tənqid edəcəklər. Sənəddə xüsusilə Rusiyanı dezinformasiyadan istifadə etməkdə günahlandırmaya diqqət yetiriləcək. Karuizava görüşünün iştirakçıları, həmçinin anti-Rusiya sanksiyalarını saxlamaq niyyətini təsdiq edəcək və onların tam həyata keçirilməsi üçün hər şeyi edəcəklərini vəd edəcəklər.
Tərəflər yenidən üçüncü ölkələri Rusiyanın silah tədarükündən də imtina etməyə çağıracaqlar.
Qeyd edək ki, G7 xarici işlər nazirlərinin görüşü aprelin 16-18-də Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində keçiriləcək.
Busaat.az























