
G7 xarici işlər nazirlərinin görüşü Çini təhqir etmək məqsədi daşıyır - Çin XİN
Çin G7 xarici işlər nazirlərinin Yaponiyada keçirilən toplantısının Pekinə böhtan atmaq məqsədi daşıdığını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“G7 xarici işlər nazirlərinin görüşündə nə Çinin rəsmi mövqeyi, nə də obyektiv faktlar nəzərə alındı. Onlar ölkənin daxili işlərinə qarışaraq, Çinə qarşı şər-böhtan atdılar”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.
Qeyd edək ki, G7 ölkələrinin xarici işlər nazirləri Yaponiyada keçirilən görüşün yekunlarına dair birgə bəyanatda Çinin nüvə arsenalının genişləndirilməsindən narahat olduqlarını bildiriblər və Pekini strateji riskləri azaltmaq üçün ABŞ ilə danışıqlar aparmağa çağırıblar.
Bundan başqa, G7 xarici işlər nazirləri Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha vurğulayaraq, Pekini təhdidlərdən çəkinməyə çağırıblar.
Busaat.az























