Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Gələn il Litvada NATO sammiti keçiriləcək

image-depositphotos_80233578-stock-photo-lithuanian-flag
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO dövlət və hökumət başçılarının görüşünün 11-12 iyul 2023-cü il tarixlərində Litvanın paytaxtı Vilnüsdə keçiriləcəyi açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı NATO-nun Baş katibi Yens Stoltenberq yayıb.

Stoltenberq NATO-nun Soyuq Müharibədən bəri ən mürəkkəb və gözlənilməz təhlükəsizlik problemləri ilə üzləşdiyini bildirib.

Vilnüsdəki görüşün NATO ölkələrinin liderlərinə müdafiə və çəkindirməni gücləndirmək üçün yeni addımlar atmaq imkanı yaradacağını bildirən Stoltenberq müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyin davam etdirilməsinin də müzakirə olunacağını bəyan edib.

Stoltenberq Şimali Amerika ilə Avropa arasında transatlantik əlaqənin NATO ölkələrində yaşayan 1 milyard insanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-nun sonuncu sammiti 28-30 iyun 2022-ci il tarixlərində İspaniyanın Madrid şəhərində keçirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90156