
Gəmi batdı: 40 nəfər öldü
Konqo Xalq Respublikasının (KXR) şimal-şərqində yerləşən Konqo çayında yolçu və yükdaşıyan gəminin batması nəticəsində 40 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, bu barədə Konqo KİV-i məlumat verib. Məlumata görə, Konqo çayının Seclin Wendji adlanan hissəsində çox sayda yolcu daşıyan gəmi bilinməyən bir səbəblə batıb.
Gəminin batması nəticəsində 40 nəfərin həyatını itirdiyi, çox sayda itkin düşən sərnişin və ekipajın axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Ölü sayının arta biləcəyi ehtimalı böyükdür.
Busaat.az























