Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 799 $▲0.48%
  • Ethereum2 263 $▲0.46%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Mədəniyyət

Gənc şairin imza günü keçirildi (FOTO)

image-screenshot-2024-09-23-164956
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gənc yazar Zərintac Rəncibərinin kitabının imza günü keçirilib.

Busaat.az xəbər verir ki, Qanun Nəşriyyatı tərəfindən çap olunan “Qırmızıdan bənövşəyiyə” adlı kitabın imza mərasimi Cığır İctimai Birliyinin sosial sahibkarlıq layihələrindən olan “Kitab bağı”nda baş tutub.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər Günay Nəriman, Faiq Balabəyli, Cığır İctimai Birliyinin təsisçisi, filologiya üzrə fəlsəfə elmləri doktoru Yeganə Mirzəyeva, şair Əzizə Ağahüseynqızı və digərləri, həmçinin şeirsevərlər iştirak edib.

Kitab şairin kiçik yaşlarından yazdığı şeir və esselər toplusundan ibarətdir, öz diliylə desək, ondan dünyaya bir xatirədir.

Qeyd edək ki, Zərintac Rəncibəri Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. İxtisasca mühəndis olsa da, onun həmişə ədəbiyyata, poeziyaya xüsusi marağı olmuş, hələ uşaq yaşlarından başlayaraq şeir və esselər yazıb. 2017-ci ildə Mahmud Kaşğari fondunun “San yarlığı” mükafatına layiq görülüb. Yeri gəlmişkən, Zərintac Rəncibəri bu mükafata layiq görülmüş ən gənc şair olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=148516