Gəncədə avtomobil piyadanı vurub, daha sonra digər avtomobilə çırpılıb

image-piyada-kecidibackend
image-ad_qayo_720x110px

Gəncə şəhərində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Busaat.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində, şəhər məhkəməsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq digər minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində piyada, 1983-cü il təvəllüdlü Firuzə Babayeva ağır dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində digər avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü M.İsmayılov da yüngül xəsarət alıb. Ona yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki