Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Gündəm

Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur

Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərdən 3-ü veteran futbolçudur. Bu barədə "Report"a Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Ceyhun Tanrıverdiyev məlumat verib. Onun sözlərinə görə, Emin Mustafayev və Sahil Abdullayev hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar: "Hər ikisinin evi pis vəziyyətə düşüb. Abdullayev ciddi xəsarət almasa da, Mustafayev uçqunun altında qalmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu dağıntıların altından çıxardılar. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır". Tanrıverdiyev erməni təxribatı nəticəsində zərərçəkmiş digər veteran oyunçunun isə Samir Allahverdiyev olduğunu bildirib: "Allahverdiyevin özünə heç nə olmayıb. Amma ailə üzvləri yaralanıblar". Qeyd edək ki, hər 3 futbolçu vaxtilə "Kəpəz"in əsas heyətində oynayıb. Emin Mustafayev daha çox futzaldakı çıxışı ilə tanınıb. Sahil Abdullayev isə Gəncə klubu ilə yanaşı, "Şəmkir"in də formasını geyinib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=9740