“Generalımız və 100 əməkdaşımız prosesə nəzarət edir” – Hulusi Akarbackend

“Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək”.

Busaat.az “Hürriyət”ə istinadən xəbərinə görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Mərkəzin tikintisi davam edir. Generalımız və təxminən 100 əməkdaşımız prosesə nəzarət edir. Həm təlim keçirlər, həm də 2 xüsusi mina axtarış qrupu (ÖMAT) ərazini yoxlayacaq”, – deyə nazir qeyd edib.

Akarın sözlərinə görə, bölgədə atəşkəsə əməl edilir: “Ruslar bu məsələyə diqqətli yanaşırlar”.