Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 420 $▲2.04%
  • Ethereum1 831 $▲3.53%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Gərginlik “QIRMIZI XƏTT”ə yaxınlaşır – Ermənistan Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

image-putin_pasinyan-780x470
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistan baş naziri birinci Türkiyə ilə münasibətləri normallaşdırıb, sonra Azərbaycanla sülh müqviləsi imzalamaqda maraqlı görünür”.

Busaat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan rəhbərliyinin Rusiyaya qarşı siyasətini sərtləşdirdiyini bildirib:

“Nikol Paşinyan KTMT-nin bu il Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təliminə ev sahibliyi etməkdən imtina edib. Həmçinin o, Ermənistandakı Rusiya hərbi bazasını ölkəsinin təhlükəsizliyinə təhdid hesab edib. Bu açıqlaması və bu fonda Rusiyanın Gümrüdəki 102-ci bazası əleyhinə formalaşdırdığı etiraz aksiyaları iki ölkə arasında siyasi böhranı dərinləşdirəcək. Hesab etmək olar ki, Paşinyan Ermənistanda Rusiyaya “yeni cəbhə” açır.

Paşinyanın əsas siyasi kursu Rusiyanı Ermənistandan çıxarmaqdır. Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu Paşinyanın daxildəki mövqelərini gücləndirir. Bu, onu həm də Kremlə qarşı daha sərt qərarlar verməyə ruhlandırır”.

Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın Rusiyadan uzaqlaşması Azərbaycanın xeyrinədir:

“Rusiyanın Ermənistandan çıxarılması Azərbaycanla sülh müqviləsinin imzalanmasına gətirib çıxara bilər. Azərbaycanın mövqeləri güclənir, Ermənistanın baş naziri də bunun fərqindədir.

Paşinyanın bugünkü açıqlamalarından məlum oldu ki, Paşinyan Rusiyaya qarşı barışmaz mövqedə dayanıb və onunla mübarizəsini gücləndirməyə hazırdır.

Azərbaycanla sülh müqaviləsinə gəldikdə, Paşinyan buna yaxın perspektivdə getməyəcək. Ermənistan baş naziri birinci Türkiyə ilə münasibətləri normallaşdırıb, sonra Azərbaycanla sülh müqviləsi imzalamaqda maraqlı görünür”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96600