“Gizli Ərdoğan-Paşinyan razılaşması var, Naxçıvan bizdədir” – Ermənistandan “dəli” fikirlər

“Gizli Ərdoğan-Paşinyan razılaşması var, Naxçıvan bizdədir” – Ermənistandan “dəli” fikirlərbackend

Ermənistan “Alternativ layihələr qrupu”nun rəhbəri Marine Sukiasyan əməliyyatlardan əvvəl, aktiv əməliyyatlar zamanı və sonra hökumət tərəfdarlarının və təmsilçilərinin, həmçinin baş nazir Nikol Paşinyanın müxtəlif vaxtlarda dövriyyəyə buraxdıqları fikirləri toplayıb və qələmə alıb.

“Sizə əvvəl, əməliyyatlar zamanı və sonra eşitdiyimiz dəli fikirlərin siyahısını təqdim edirəm. İnanılmazdır, amma hamısı 21-ci əsrdə səsləndirilib”,- deyə müəllif yazır.

“Dəlilik testi” adı altında yayılan fikirlər əslində Ermənistanın bütövlükdə “anekdot” kimi bir ölkə olduğunu ortaya qoyur.

Fikirlərdən bəzilərini təqdim edirik:

1. “Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanı məcbur edib ki, Qərbi Ermənistanı geri qaytarsın. Ərdoğan da öz imicini qorumaq üçün əməliyyatlara başlayıb və bir neçə rayonu alıb verib Azərbaycana. Bir müddət sonra Ərdoğan İğdır, Van, Qars və s. əraziləri Ermənistana qaytaracaq”.

2. “Əməliyyatların ilk günlərində Köçəryan bütün havadan müdafiə sistemlərini söndürməyi əmr edib”.

3. “Cəbrayılın köməyinə gedən qüvvələrin yolu bağlanmışdı. Vitali Balasanyan və onun dəstəsi özümüzünküləri hədəfə aldılar. Cəbrayılı ona görə itirdik”.

4. “Vitali Balasanyan Araik Arutyunyanı girov götürmüşdü. Ona görə də Araik təslimçilik aktını qəbul etməli oldu”.

5. “Ərdoğan və Paşinyan Azərbaycanı Rusiyadan qoparmaq və Türkiyədən asılı vəziyyətə gətirmək üçün birlikdə fəaliyyət göstərirlər. Bu barədə gizli razılığa gəliblər və bunun qarşılığında bütün əraziləri Gəncə ilə birlikdə bizə qaytaracaqlar”.

6. “Naxçıvan bizim nəzarətimizdədir, ara qarışmasın deyə hələlik bu məsələni qaldırmırıq”.

7. “Gəlib dedilər ki, geri çəkilin, Nikol torpaqları satıb. Ona görə də fərarilik başladı”.

8. “Yeni savaş, yeni ərazilər”. Müəllif: Məşhur David Tonoyan.

9. “Türkiyə mümkün Ermənistan-Azərbaycan qarşıdurmasında iştirak etməyəcək.” Müəllif: məşhur fraksiya rəhbəri Lilit Makunts.

10. “Son günə qədər ümumi qiymətləndirməyə əsasən əməliyyatların başlamayacığını düşünürdük”. Müəllif: Nikol Paşinyan, 16 dekabr, 2020

11. “Kimdə təsadüfən dəbilqə, zirehli geyim, isti palto və s. var?” Müəllif: Nikol Paşinyan, oktyabr, 2020

12. “Diasporanın istedadı qaynayır, Ermənistanda hələ qaynamır, mənim fikrimcə, qadınlarımız burada böyük rol oynayırlar. Qadınlarımız kişilərə bu vəziyyətdə qorxaqlığın bağışlanmayacağını söyləməlidirlər. Bu, uğurumuzun açarıdır. Hər kişiyə indi ayağa qalxıb komissarlığa getməyi əmr edirəm. Qadınlardan xahiş edirəm onları ruhlandırsınlar. Vətəni üçün ayağa qalxmağa güc tapan qadınlar, kişiləri buraxın gəlsinlər”. Nikol Paşinyan, 26 oktyabr.\bizimyol.info

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90