Gülay Zeynallıdan boşanması ilə bağlı ETİRAF

Gülay Zeynallıdan boşanması ilə bağlı ETİRAFbackend

Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə münasibətlərindən söz açıb.

Busaat.az xəbər verir ki, MTV Azərbaycan kanalında qonaq olan müğənni özünü şou-biznes yox, incəsənət nümayəndəsi adlandırıb.

“Bir insanı hər kəs sevə bilməz. Hər kəs reytinq istəyir. Amma nə isə yazanda düşünmək lazımdır ki, bu insan tək deyil. Onun ailəsi, anası var. Mən və o insanın nə yaşaması bizim istəyib-istəməyimizlə bağlı deyil.

Bu, Allahın qismətidir. Bu qisməti heç kim poza bilməz. Mən gedirəm və ayağım büdrəyir. Deməli, bu, mənim qismətimdir. Real insanam. Bəzən pis oluram. Günlərlə İnstaqram səhifəsinə daxil olmuram. Mən artıq bərkimişəm, amma elə şeylər yazılır ki, anam və bacılarım pis olur”.

Qeyd edək ki, Kamil Zeynallı və Gülıay Zeynallının Sahilə adlı qızı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90