Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft98.35 $▲5.09%
  • WTI neft90.67 $▲4.63%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.947 $▲0.51%
  • Qızıl4 124 $▼0.62%
  • Gümüş52.60 $▼0.94%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin76 208 $▼5.25%
  • Ethereum2 258 $▼6.76%
  • S&P 5007 417▼3.54%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Cəmiyyət

Günəş şüaları altında satılan sular: Bilə-bilə özümüzü zəhərləyirik

image-gunes
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yay aylarında qidaların saxlanmasına xüsusi diqqət etməliyik. Bu mövsümdə tələbatın daha da çoxaldığı su xüsusilə narahatlıq yaradan problemlərdəndir. Çünki ölkənin əksər topdan və pərakəndə satış obyektlərinin qarşısında müxtəlif qablarda qablaşdırılımış suların alqı-satqısının həyata keçirildiyini görmək mümkündür.

Eyyub Hüseynov: Kimyəvi elementlər suya miqrasiya edir

Mövzu ilə bağlı Busaat.az-a danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, günəş şüasının altında satılan və plastik qablarda qablaşdırılmış sular insan sağlamlığı üçün təhlükəlidir.

Onun sözlərinə görə, isti havada kimyəvi reaksiyalar güclənir və xüsusən o qablarda əgər çox gözlə görünməyən mikro çatlar varsa, onda qabın tərkibində olan kimyəvi elementlər suya miqrasiya edir.

E.Hüseynov həmin suların hansı xəstəlikləri əmələ gətirməsinin elm tərəfindən araşdırılmadığını diqqətə çatdırıb:

“Amma birmənalı şəkildə kimyəvi tərkibli maddələrin suya keçməsi insanların sağlamlığında problemlər yarada bilər”.

Ekspert insanlara sərin şəraitdə saxlanılmış və şüşə qabda qablaşdırılmış sulardan istifadə etməsini məsləhət görür.

Ağa Salamov: Bu sular Bisfenol A təhlükəsi ilə üz-üzə qalır

Qida eksperti Ağa Salamov isə Bakıvaxtı.az-a bildirib ki, bu gün suların 70-80%-i plastik qablarda satılır ki, bu da uzun müddət günəş şüaları altında qaldıqda insan həyatı üçün təhlükəlidir:

“Uzun müddət günəş şüaları altında plastik qablarda qalan sular plastiklərin tərkibində olan Bisfenol A təhlükəsi ilə üz-üzə qalır. Bu maddə plastiklərin tərkibində olur və onun insan sağlamlığına zərərləri var”.

Qida ekspertinin sözlərinə görə, bəzi qutularda satılan şirələr olur ki, onlar pasterizə olunur və günəş şüası keçirmir.

“Pasterizə mikroorqanizmlərin ölməsinə gətirib çıxardır ki, bu eyni zamanda kiflərin də ölməsi və onun inkişafının qarşısını alınmasına kömək olur. Həmin pasterizə sayəsində sular mikrobioloji çirklənməyə məruz qalmır”.

Həmçinin qeyd etdi, onların ağzı açılarsa, 2-3 gün ərzində istehlak olunmalı və nə qədər pasterizə olunsa da, sular düzgün şəraitdə saxlanılmasa orda qıcqırma və kiflənmə ola bilər ki, bu da zəhərlənməyə səbəb olar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140290