Gürcüstan qarışdı: Polis və nümayişçilər üz-üzə gəldi

image-6291ebf0-bd5a-11ed-a9bc-7599d87091bebackend

Gürcüstan mübahisəli qanun layihəsini müzakirə edir.

Ölkənin paytaxtı Tbilisidə ölkədə mətbuat azadlığını məhdudlaşdıran və vətəndaş cəmiyyətini sıxışdıran, beləcə müzakirələrə səbəb olan “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edən polislə nümayişçilər arasında toqquşma baş verib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, çevik qüvvət polisi parlament binası və ətrafındakı nümayişləri dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyan bir çox nümayişçi gözyaşardıcı qazdan təsirlənib.

Hökumət etirazlar zamanı çox sayda polisin yaralandığını və polis avadanlıqlarının zədələndiyini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki