Gürcüstan XİN Ermənistanın BTC-yə hücumuna münasibət bildirdibackend

“Strateji obyektlər bölgənin təhlükəsizliyinin qarantıdır. Buna görə də hamı onların normal fəaliyyətinə təhlükənin olmamasında maraqldır”.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket hücumu cəhdini şərh edərkən bildirib.

Nazir bu cür obyektlərə hərbi təsirin olmamasının vacib olduğunu deyib:

“Enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ceyhan kəməri region və beynəlxalq tərədaşlar üçün önəmli strateji obyektdir”.

XİN başçısının sözlərin görə, Cənubi Qafqazda həyata keçirilən önəmli layihələr Gürcüstanın maraq dairəsindədir və bu istiqamətdə baş verən proseslər daima izlənilir:

“Biz bölgədə tərəfdaş, strateji obyektlərin yerləşdiyi ölkələrlə, həmçinin strateji tərəfdaşlarımız olan ABŞ və Avropa İttifaqı ilə də məsələ ilə bağlı danışıqlar aparırıq”.