
Gürcüstanda 4,1 bal gücündə zəlzələ oldu
Gürcüstanda 4,1 bal gücündə zəlzələ olub.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Seysmoloji Monitorinq üzrə Milli Mərkəzi yayıb.
Təkanlar Sameba kəndində yerli vaxtla 12:31-də olub. Zəlzələnin episentri 11 km dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlərlə bağlı hələ ki, məlumat daxil olmayıb.
Qeyd edək ki, Gürcüstanın cənubunda yerləşən Sameba kəndi son günlər aktiv seysmoloji zonaya çevrilib. Burada demək olar ki, hər gün yeraltı təkanlar baş verir.























