Gürcüstanda ikinci seçkilərin turu keçirilir

Gürcüstanda ikinci seçkilərin turu keçirilirbackend

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raturu keçirilir. Səsvermə zamanı seçicilər ilk turda ən yaxşı nəticə göstərən iki namizəd arasından seçim edəcəklər.

Busaat.az xəbər verir ki, Gürcüstanın 17 seçki dairəsində saat 8:00-da seçki məntəqələri açılıb. Gürcüstanın Mtsxeta-Mtianeti bölgəsindəki bir neçə seçki məntəqəsi isə hava şəraitinin pisləşməsi səbəbindən vaxtında açıla bilməyib.

Ümumilikdə 1 923 seçki məntəqəsində 2 140 210 seçici qeydiyyatdan keçib.

Gürcüstan Baş naziri Giorgi Qaxariya parlament seçkilərinin ikinci turunda iştirak edib.

Hökumət başçısı səslərini həyat yoldaşı ilə birlikdə paytaxtın Mtatsminda bölgəsindəki 5 saylı seçki məntəqəsində verib.

Səsvermədə karantin zonalarında və karantində olanlar da iştirak edə biləcək. Bu cür seçicilər üçün əlavə 80 xüsusi məntəqə yaradılıb.

Mövcud vəziyyət nəzərə alınaraq, seçkilər koronavirusa qarşı genişləndirilmiş qorunma tədbirləri ilə keçiriləcək – seçicilər seçki məntəqələrinə maskalı gəlməli, seçki komissiyası üzvləri, müşahidəçilər və media nümayəndələri seçki məntəqəsinə girmədən əvvəl temperatur yoxlanışından keçməlidirlər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90