Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 633 $▲0.34%
  • Ethereum2 266 $▲0.70%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

Gürcüstanda insan alveri ilə məşğul olan erməni ata-oğul saxlanıldı

image-hebs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanda sərhəd polisi əməkdaşlarının Samtsxe-Cavaxetiya rayon prokurorluğunun əməkdaşları ilə birgə apardığı istintaq və əməliyyat tədbirləri nəticəsində Ninotsminda bələdiyyəsində insan alveri ilə məşğul olan Ermənistan vətəndaşı ata və oğul saxlanılıb.

Busaat.az  xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı müttəhimlərin 2015-2016-cı illərdə üç Ermənistan vətəndaşına yaxşı iş şəraiti vəd edərək, lazımi sənədləri toplamalarına kömək etdikləri və onları Gürcüstana öz avtomobillərində gətirdikləri məlum olub.

Erməni ata-oğul gətirdikləri şəxsləri Ninotsminda bələdiyyəsindəki bir kəndin yaxınlığındakı bir heyvandarlıq təsərrüfatına aparıb, orada təhdid edərək qanunsuz məcburi əməyə sövq ediblər. Bundan əlavə, müttəhimlərin qanunsuz olaraq saxlanılan şəxslərin sərbəst hərəkətini məhdudlaşdırdıqları və müşahidə kameraları vasitəsilə onları mütəmadi izlədikləri bəlli olub.

Hüquq-mühafizə orqanlarına cinayət barədə Ermənistan vətəndaşlarından birinin fermadan qaçması nəticəsində məlumat daxil olub. Belə ki, sözügedən şəxs Gürcüstan dövlət sərhədini Ermənistan istiqamətində qanunsuz keçməyə cəhd göstərərkən sərhəd polisi tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başladılıb. Hər iki şəxsi cinayətə görə 12 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40336