Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTOLAR

image-gurcustanda-soydas-forumubackend

Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Soydaş” Gürcüstan – 2023 adlı Forum keçirilib.

Busaat.az xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı soydaşlarımız, dövlət rəsmiləri, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.

interpress 3068d067b54031d0adc5d50ff6dd0ad3 svo2puqc7wai5fg3hzyj

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı, qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri çıxış ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

T.Allahverdili Forumun keçirilməsində dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Gürcüstandakı Azərbaycan İcmasına təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov deyib ki, bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. O, Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Səfirlik əməkdaşı qeyd edib ki, xaricdə keçirilən bu cür tədbirlər ölkələrarası əlaqələri daha da möhkəmləndirir və münasibətləri inkişaf etdirir.

Qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal çıxışı zamanı söyləyib ki, Türkiyə və Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir. O bildirib ki, hansı ölkədə yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə diplomatları milli maraqları naminə birlikdədirlər.

Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.

O xatırladıb ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi indiyə qədər Gürcüstanda bir sıra tədbirlər keçirib. Bu tədbirlərin hər biri dostluğa, qardaşlığa və xalqlararası əlaqələrin möhkəmlənməsinə xidmət edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb.

interpress 5c1ec2c48644565b1622aca07b5dddda 7pc6onb4ihf58yg2wk0s

Daha sonra A.Ələsgər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qonaqlara təbrik müraciətini oxuyub.

Tədbir panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində  “Azərbaycanla Gürcüstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrində soydaşlarımızın rolu” adlı birinci panel Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə icraçı direktoru Murad Muradovun moderatorluğu ilə keçirilib.

Paneldə Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirli, eləcə də professor Mahmud Kamaloğlu çıxış ediblər.

interpress 337d06c032de65288fd60c8e2f17863d qf1c2w9nybm4hoz76ekr

Media və kommunikasiya mütəxəssisi, doktorant Rəşid Mustafazadənin moderatorluğu ilə keçirilən “Media savadlılığı və Gənclər” adlı ikinci paneldə isə Aktual.ge-nin direktoru İlkin Hüseynov, 24news.ge-nin direktoru Azər Məmmədov, İnterprees.ge-nin direktoru Nahid Qurbanov və RealNews.ge -nin direktoru Almaz Nadiroğlu çıxış edib.

interpress 5ebcc0d9817038598ccb7f95b4be0643 cn0mf1yiekp286bs3jqg

Sonda isə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi təsus etdiyi Soydaş Milli Mükafatının təqdimat mərasimi olub.

interpress 6e2bbe68bb2ce565bb1f58ecf8e40caa jep5r6048yitqnb27o3a

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Soydaş” Gürcüstan – 2023” Forumuna və Azərbaycanla Gürcüstan arasında yüksək əlaqələrin inkişafına veridikləri töhfələrə görə təltif olunma mərasimi keçirilib.

Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə Gürcüstan-Azərbaycan Evində keçirilib.

interpress 6e2bbe68bb2ce565bb1f58ecf8e40caa jep5r6048yitqnb27o3ainterpress 337d06c032de65288fd60c8e2f17863d qf1c2w9nybm4hoz76ekrinterpress f7bf7f39ffb8b0a7a924a7ad0fc85ef2 6qlc7kjwpzbgatn835frinterpress acae44bd529ac98592f37034ffeae1bb milfbo26g74wzes509jvinterpress df02caaf9cff7eb5703be66b7c4554e8 f37tua1y29n4os68l5g0interpress bfa274e37721246c90db311017d5f997 2vkp1uo56873zbrewcan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki