Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 192 $▲1.69%
  • Ethereum1 826 $▲3.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Gürcüstanın 4 telekanalı Baş nazirin istefasını tələb edir

image-tviler
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanda 4 telekanal 24 saatlıq yayımı dayandırıb.

Busaat.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, telekanallar ölkənin Baş naziri İrakli Qaribaşvilinin istefasını və zorakılıq törədən hər bir kəsin cəzalandırılmasını tələb edir.

Məlumata görə, yayımı dayandıran 4 telekanal “TV Pirveli”, “Mtavari arxi”, “Formula” və “Kavkasiya”dır. Bu kanalların ekranlarında qara fonda iyulun 5-də Tbilisidə zorakılığa məruz qalmış jurnalistlərin siyahısı təqdim olunur.

Qeyd edək ki, bu jurnalistlərdən biri olan “TV Pirveli” teleşirkətinin operatoru Lekso Laşkarava zorakılığa məruz qaldıqdan 6 gün sonra evində dünyasını dəyişib. O, dünən dəfn olunub.

Xatırladaq ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləyaqət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.

Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52177