Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.51 $▲0.84%
  • WTI neft84.89 $▼0.14%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.171 $▲2.72%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.99 $▼3.16%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 405 $▼0.72%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Gürcüstanın Ədliyyə Nazirliyi Saakaşviliyə görə cərimələndi

image-saakashvili
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin görüntülərini yaydığına görə 2,5 min lari (təqribən 810 dollar) həcmində cərimə ödəməli olacaq.

Busaat.az  xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin saytında yerləşdirilib.

Nazirlik tərəfindən Saakaşvilinin Rustavi həbsxanasında olarkən və aclıq aksiyasını davam etdirərkən qida qəbul etdiyini, eləcə də Saakaşvilinin həbsxana xəstəxanasına aparılmasını əks etdirən videogörüntülər yayılıb. Bildirilir ki, nazirlik bununla “Şəxsi məlumatların qorunmasına dair” qanunu pozub.

Dövlət Müfəttişliyi Xidməti Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət tərəfindən gürcü siyasətçinin şəxsi məlumatlarının toplanması və yayılmasının qanuna uyğunluğunu araşdırıb. Qurumun qərarına əsasən, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət inzibati məsuliyyətə cəlb ediliblər və 2,5 min lari həcmində cərimə ediliblər.

Qeyd edək ki, bir müddət öncə Mixail Saakaşvilinin həbsxanada aclıq aksiyasını davam etdirərkən qida qəbul etdiyinə dair video yayılmışdı.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65225