Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Diaspor

Haaqa Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə aksiyalar - Fotolar

image-mycollages_-_2022-02-23t145716-832
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə aksiyalar keçirilib.

Busaat.az xəbər verir ki, aksiyalar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland parlamenti və Ermənistanın Haaqadakı səfirliyi qarşısında baş tutub. Aksiyalarda Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də iştirak edib.

Üç saatdan çox davam edən aksiyalar zamanı 30 ağ stulun üzərində “Xocalıya Ədalət!” şüarı yazılmış posterlər nümayiş olunub və Xocalı soyqırımının ildönümləri rəqəmlərlə (1-dən 30-dək) göstərilib. Ağ rəng Niderlandda matəm və etiraz rəmzi olduğu üçün aksiyaçılar bu vasitə ilə Niderland parlamentindən Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsini tələb ediblər. Ermənistan səfirliyinin önündə isə Xocalı soyqırımının bəşəri cinayət olduğuna diqqət cəlb edilib.

Bundan başqa, Azərbaycan icması növbəti dəfə Xocalı soyqırımının tanınması məqsədilə petisiya imzalayaraq Niderland parlamentinə və müvafiq dövlət qurumlarına ünvanlayıb.

Aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən gerçəkləşdirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş tutub.

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72028