Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

"Haber Global"da İstanbul danışıqlarının nəticələri təhlil edilib

image-p5gpkukb7uhhsxgze9wfvahv8kjzhdcwjdkfra7k_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin “Haber Global” televiziya kanalında ötən gün İstanbulda baş tutan Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünün nəticələri təhlil edilib.

Busaat.az xəbər verir ki, verilişdə iştirak edən ekspert Süheyla Demir tərəflərin hələ atəşkəsdən uzaq olduğunu xatırladıb.

“Atəşkəs hələ də xəyal olaraq qalır. Hətta diplomatik masada tərəflərin bir-birindən uzaq məsafədə əyləşdiyini qeyd edə bilərik. Ukrayna nümayəndələri hərbi geyimdə orada iştirak edirdilər. Bu məqama xüsusi diqqət etmək lazımdır. Ukrayna bununla, həmçinin iki gün əvvəl Rusiyaya qarşı hazırladığı xüsusi dron əməliyyatına da vurğu edirdi, yəni biz Rusiyanın tələblərini qəbul etmirik və döyüşməkdə israrlıyıq mesajını verirdi”, – deyə siyasi şərhçi bildirib.

Ukraynanın hazırladığı “Hörümçək toru” əməliyyatından danışan Süheyla Demir qeyd edib ki, bu əməliyyat 18 ay əvvəldən hazırlanıb və hələ o zaman Ağ Evin rəhbəri Co Bayden idi.

“Əslində, Tramp və onun komandası bu əməliyyatdan narahatdır. Ukraynanın Rusiyaya bu formada “diş göstərməsi” atəşkəsin hələ uzaqda olduğunu bir daha təsdiqlədi”, – deyə ekspert vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166420