Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.67 $▲1.01%
  • WTI neft85.07 $▲0.07%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.176 $▲2.88%
  • Qızıl3 809 $▼1.77%
  • Gümüş46.25 $▼2.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.25 ¢▲1.29%
  • Bitcoin64 339 $▼0.82%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Hacı Madər kimdir? - DOSYE

image-1689330372_501689327876
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Madər Musayev vəfat edib.

Busaat.az xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev 75 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Madər Musayev kimdir?

Musayev Madər Ələsgər oğlu 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə , ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.

Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Evli idi və 3 övladı var.(Musavat.com)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115161