
Hadisəni təsdiqləməyə çalışırıq - Çindən casus şar AÇIQLAMASI
Pentaqon Çinin yüksək hündürlükdə kəşfiyyat şarının ABŞ üzərində uçduğunu və Amerika ordusunun şarı izlədiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.
“Mövzu ilə bağlı xəbərləri izləyirik. Biz bütün məlumatları toplamağa və hadisəni yoxlamağa çalışırıq”, – deyə bildirilib.
Beynəlxalq hüquqa uyğun hərəkət etdiklərini bildirən Çin Xarici İşlər Nazirliyi, “Biz başqa ölkələrin hava məkanını və suverenliyini pozmuruq”, – deyə əlavə edib.
Qeyd edək ki, Çinin Vaşinqtondakı səfiri də ABŞ Xarici İşlər Nazirliyinə çağırılIb.
Busaat.az























