
Haitidə daşqın nəticəsində 42 nəfər həlak olub
Haitidə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 42 nəfər həyatını itirib.
Haiti Mülki Müdafiə Agentliyinin məlumatına görə, ölkə boyu daşqınlar nəticəsində 13600-dən çox evə ziyan dəyib.
Güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrində 42 nəfər həyatını itirdiyi halda, 11 nəfər itkin düşüb, 85 nəfər yaralanıb.
Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.
2016-cı ildə Haitidə “Metyu” qasırğası nəticəsində 800-dən çox insan həlak olub.
Busaat.az























