Hakan Fidan Ər-Riyadda diplomatik görüşlərini davam etdirir

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki,Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ər-Riyadda keçirilən toplantı çərçivəsində Səudiyyə Ərəbistanının Xarici işlər naziri Feysal bin Fərhan və Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Nazirliyin “X” sosial media hesabında yayınlanan paylaşımda Hakan Fidanın toplantı çərçivəsində həmkarı bin Fərhan ilə görüşdüyü bildirilib. Başqa bir paylaşımda isə Fidanın Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə də görüş keçirdiyi qeyd olunub.

Hakan Fidan burada ABŞ Dövlət Departamentinin Siyasi İşlər üzrə müvəqqəti müstəşarı Con Bassı qəbul edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki