“Hakimiyyət indi daha rahat davranacaq” – Natiq Cəfərli

“Hakimiyyət indi daha rahat davranacaq” – Natiq Cəfərlibackend

“Hərbi, diplomatik, hətta psixoloji üstünlük artıq Azərbaycanın tərəfindədir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın qalibiyyətini şərh edən “Respublikaçı Alternativ” (REAL) Partiyasının icra katibi Natiq Cəfərli vurğulayıb.

Natiq Cəfərli qeyd edib ki, hazırda Ermənistan məğlub durumdadır, indi onlar “revanşist” moda keçib sivil dünyanın qəbul etmədiyi “militarist” ritorikanın girovuna çevriləcəklər:

“Əsgər və Ordumuzun fədakarlığı, diplomatiyamızın doğru həmlələri və xalqın birlik göstərməsi 44 günlük müharibənin Qələbə ilə başa çatmasına səbəb oldu. Doğrudur, bu hələ tam zəfər deyil, amma artıq böyük qələbədir. Hərbi, diplomatik, hətta psixoloji üstünlük artıq Azərbaycanın tərəfindədir. Ona görə də indi məhz biz sülhün carçısına, inteqrasiynın tərəfdarına, əməkdaşlığın simvoluna çevrilməliyik. Bütün beynəlxalq tədbir və görüşlərdə əvvəldən axıra kimi sülhü təbliğ edib, əməkdaşlıq haqqında car çəkməliyik”.

N. Cəfərli bildirib ki, daxildə də həm hakimiyyət, həm müxalifət, həm də sivil toplum davranış qaydasını yeni Qələbə reallığına uyğunlaşdırmalıdır:

“Sistem problemləri çözülməlidir. Məncə, indi hakimiyyət daha rahat davranacaq, daha dərin problemlərin həllinə start verəcək. Bu işdə hamımız əlimizi daşın altına qoymağı bacarmalı, yeni Qalib Davranış Qaydalarına uyğun yaşamağı öyrənməliyik”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90