
Hamburqda atışma: 6 ölü
Cümə günü gecə Almaniyanın Hamburq şəhərində atışma nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, şəhər polisi Twitter-də Alsterdorf rayonunda atışma baş verdiyi barədə məlumat verib.
“Hazırda geniş polis əməliyyatı davam edir”, – polisdən bildirilib.
İlkin məlumatlara görə, hadisə Yehovanın Şahidləri təşkilatının mərkəzində baş verib.
Hadisənin təfərrüatları araşdırılır.
Busaat.az























