Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 786 $▲1.05%
  • Ethereum1 816 $▲2.68%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hamza Yusuf Şotlandiyanın ilk müsəlman baş naziri oldu

image-hamza-yusuf-iskocya-nin-ilk-musluman-basbakani-oldu-2521
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şotlandiya Milli Partiyasının (SNP) yeni lideri seçilən Hamza Yusuf  Şotlandiya parlamentində keçirilən səsvermədən sonra ölkənin ilk müsəlman baş naziri olub.

Busaat.az xarici mediaya istinadən əbər verir ki, fevralda Şotlandiyanın baş naziri Nikola Sturgeon istefa verdikdən sonra səhiyyə naziri Hamza Yusuf  Şotlandiya Milli Partiyasının (SNP) yeni lideri seçilib. Pakistan əsilli 37 yaşlı Yusuf Böyük Britaniyada böyük bir partiyaya rəhbərlik edən ilk müsəlman lider kimi qeydə alınıb. Yusuf bu gün Şotlandiya parlamentində keçirilən səsvermədən sonra ölkənin ilk müsəlman baş naziri olub.

Müxalifətin 3 partiya lideri Yusufun baş nazirliyinə qarşı çıxsa da, buna nail ola bilməyiblər. Yusuf 129 yerlik parlamentdə 71 deputatın dəstəyi ilə ölkənin altıncı baş naziri olub. Rəqibləri Duqlas Rossu 31 deputat, Anas Sarvarı 22 deputat və Aleks Koul-Hamiltonu 4 deputat dəstəkləyib.

Səsvermədən əvvəl çıxış edən Yusuf ölkədə milli azlıq təşkil etdiyini bildirib və onun baş nazirlik yarışında iştirakının ölkənin əldə etdiyi irəliləyişin əlaməti olduğunu vurğulayıb.

“Mən söz verirəm ki, Şotlandiya dünya səhnəsində müsbət və mütərəqqi səs olaraq qalmağa davam edəcək”, – deyən Yusuf müstəqilliklə bağlı fikirlərindən asılı olmayaraq bütün deputatların fikirlərinə diqqətlə qulaq asacağını və hörmət edəcəyini əlavə edib.

Yusufun sabah Edinburqdakı Şotlandiya Ali Məhkəməsində qısa bir mərasimlə and içəcəyi gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105023