Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Havayda meşə yanğınlarında ölənlərin sayı 89-a çatdı

image-havay-yangin
Havay yanğın
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 89-a çatıb.

Busaat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirlir ki, hadisə ölkədə son 100 ildə ən çox insan itkisinin yaşandığı meşə yanğınları kimi qeydə alınıb.

Regionun səlahiyyətliləri Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları ilə bağlı son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

“İndi hamınız bu gün meydanda nə baş verdiyini öyrənmək istəyirsiniz. Ölənlərin sayı 89-a yüksəldi. Bu, Havay adalarının yaşadığı ən böyük fəlakətdir. Təxminən 2200 tikili dağıdıldı və zərərin miqdarı 6 milyard dollar oldu “,-Havay adalarının qubernatoru Coş Qrin deyib.

Maui polis rəisi Con Pelletier bildirib ki, həyatını itirən 89 nəfərdən yalnız 2-nin şəxsiyyətini müəyyən etmək mümkün olub.

O, axtarış-xilasetmə işlərini ən qısa zamanda həyata keçirmək istədiklərini ifadə edib.

“Ancaq bu günə qədər itlərlə yanğın bölgəsinin yalnız 3 faizində axtarış apara bildik”,- Con Pelletier söyləyib.

Qeyd edək ki, bu, ABŞ-da son 100 ildə ən yüksək ölüm sayına malik meşə yanğınıdır.

ABŞ prezidenti Co Bayden Mauini yanğına görə “fəlakət zonası” elan edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117770